Mağaza çölündən cizgi filmini seyr edən uşağa sürpriz - WENTTO ELECTRONICS MURADA TELEVİZOR HƏDİYYƏ ETDİ/ VİDEO

  • By admin
  • 23 İyun 2019 10:55

Azyaşlı uşağın bir elektronika mağazasının vitrinində qoyulan TV-dən cizgi filmini seyr etməsini əks ettdirən foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. On minlərlə insanın həmin uşağın mövcud durumu haqqında qeydləri yayılıb.

Belə ki, evində televizor olmayan 6 yaşlı Murad hər gün eyni saatlarda cizgi filmini seyr etmək üçün bu mağazanın qarşısına gəlir və yerdən oturub uşaqlıq hissini yaşayır.

Gununsesi.org xəbər verir ki, “WENTTO Electronics” adlı mağaza həmin uşağa televizor hədiyyə edib.

Hər gün eyni saatlarda cizgi filminə baxmaq üçün mağazanın qarşısına gələn Murad bu dəfə fərqli sürprizlə qarşılaşıb. ona mağaza rəhbərliyi adından TV hədiyyə olunub.

Həmin görüntüləri təqdim edirik: