Mağazadan oğurluq edən şəxs saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

Kürdəmirdə 3 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gununsesi.org-a verilən məlumata görə, sentyabrın 2-də Kürdəmir rayonu Mürtülü kənd sakini Təbriz Abışov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 3000 manat olan məişət avadanlıqlarının və geyim əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Karrar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Feruz Bağızadə saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Gununsesi.org

COMMENTS