Malidə silahlı hücum zamanı 53 əsgər öldürülüb

  • By admin
  • 02 Noyabr 2019 09:32

Malinin şimalında silahlıların hücumu nəticəsində öldürülən əsgərlərin sayı artıb.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə rabitə naziri Yaya Sanqare bildirib.

“İndelimanda silahlı qüvvələrin mövqelərinə hücumdan sonra əraziyə göndərilən əlavə qüvvələr orada 54 meyit aşkarlayıb. Onlardan 1-i mülki vətəndaşdır. Həmin vaxt orada olan 10 nəfər sağ qalıb”, – deyə “Sanqare özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazir həmçinin əlavə edib ki, meyitlərin kimliyi məlum olub.

 

Gununsesi.org