“Manatın kursunun aşağı düşməsinin qarşısını almaq mümkün olmayacaq” - ekspert

  • By admin
  • 26 Avqust 2016 14:38
azer mehti
 
“Manatın məzənnəsi ölkədəki iqtisadi vəziyyətdən asılı olduğundan,  yaxın aylarda manatın ucuzlaşması prosesi davam edəcək və bu enişin qarşısını almaq mümkün olmayacaq”.
 Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadçı alim Azər Mehtiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının vəziyyəti manatın kursunu sabit saxlamaq gücündə deyil. “Ona görə də manatın kursunun aşağı enməsi prosesi qarşıdakı aylarda da davam edəcək”- deyə, A. Mehtiyev vurğulayıb.
Ölkədə dollar qıtlığının və ehtiyacının yaranmasının səbəbini açqlayan iqtisadçı deyib ki,  Azərbaycanın əsas xarici valyuta gətirən məbəyi  neft və qaz sektorundan, xarici şirkətlərin mənfəət gəlirindəndir. “Digər bir məsələ də ondan ibarətdir ki, SOCAR benzin istehsalını müvəqqəti olaraq dayandrması və xaricdən benzin alması dollara olan tələbatı bir az da artırır.  Dollara olan tələbatın ödənilməsi üçün devalvasiyadan sonra yerli məhsulun ixracatın artımı gözlənilsə də,  bu, baş vermədi. Əksinə, ixracat azaldı. Bütün bunlar göstərir ki, dollara olan tələbat yaxın gələcəkdə bir az da artacaq. Belə olan şəraitdə cəmiyyətdə dollarla bağlı ajiotaj yarandığında insanlar daha çox dollar əldə etməyə çalışır. Odur ki, dollara olan tələbat təkcə iqtisadi amil deyil, ajiotaj da öz mənfi təsirini göstərir”- deyə, A. Mehtiyev bildirib.
O, deyib ki, belə olan təqdirdə Mərkəzi Bankın bazara yetərincə dollar çıxarmaması da manatın  məzənnəsinə mənfi təsir göstərir. “Digər məqam isə ondan ibarətdir ki, yaxın gələcəkdə lkəyə dollar axnı da gözlənilmir. Bunun əksi olaraq dollara tələbat artacaq. Bu da, öz növbəsində manatın daha da ucuzlaşamsına gətirib çıxaracaq”.
Yaranmış vəziyyətdən çıxış yolu kimi iqtisadçı hesab edir ki, hökumət təcili ciddi tədbirlərə əl atmalıdır: “Manatın məzənnəsiznin sabitliyi  hökumətin atacağı addımlardan asılı olacaq. Belə ki, ilk olaraq xarici investorları ölkə iqtisadiyyatına  sərmayə qoyuluşuna cəlb etməyə çalışmalıdır.  İkincisi, ölkədə idxal və ixracata normal  şərait  yardılmalıdır. Çünki manatın məzənnəsinin sabit qalması ölkə iqtisadiyyatının inkişafından asılıdır. İndiki məqamda isə ölkə iqtisadiyatının vəziyyəti manatın məzənəsinin qorunub saxlanmasına imkan vermir. İqtisadiyyatda inkişaf olacaqsa manatın məzənəsini də qoruyub saxlamaq mümkün olacaq. Bu olmayacaqsa manatın məzənnəsi aşağı düşməsi qaçılmazdır və bu proses davam edəcək”. İqtisadçı bildirib ki, indki vəziyyətdə iqtisadiyyatın dirçəldilməsi, ixracatı artırmaq və xarici  sərmayə elə də asan olmayacaq: “Çünki bu vaxt tələb edən məsələ olduğundan, yaxın gələcəkdə manatın məzənnəsinin qarşısını  almaq mümkün olmayacaq. Amma bununla belə, hökumət təcili tədbirlər planı həyata keçirməyə başlamalıdır”.
Mürtəza 
Gununsesi.info