“Mançester Siti” Çempionlar liqasından xaric edilə bilər

  • By admin
  • 24 Yanvar 2020 09:28

UEFA-nın klubların maliyyə nəzarəti departamenti yaxın günlərdə “Mançester Siti”-nin maliyyə feyr pleyi qaydalarını pozması barədə iclas keçirəcək.

Gununsesi.org “The Guardian”a istinadən xəbər verir ki, ittihamlar sübut olunduğu təqdirdə klub Çempionlar liqasından xaric edilə bilər.

Qeyd etmək lazımdır ki, klubun 2012 və 2013-cu illər üzrə hesabatları etibarsız sayılır.

“Mançester Siti” icazə verilən 45 milyon əvəzinə 180 milyon avro xərcləyib.

Lakin “şəhərlilərin” rəhbərliyi bütün ittihamları rədd edir.

Gununsesi.org