“Mançester Yunayted”in futbolçularının Nur-Sultanı gəzmələrinə məhdudiyyət qoyulacaq

  • By admin
  • 20 Noyabr 2019 20:36

Noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Astana”nın qonağı olacaq İngiltərənin “Mançester Yunayted” komandasının futbolçularının Qazaxıstanın paytaxtı Nur-Sultanda gəzmələrinə məhdudiyyət qoyulacaq.

Gununsesi.org ESPN-ə istinadən xəbər verir ki, oyunçuların mənfi 10 dərəcə tempraturda şəhərə çıxmaları tövsiyə olunmur. Matç günü havanın hərarətinin mənfi 20 dərəcə olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 19:50-də başlayacaq. “Mançester Yunayted” 4 turdan sonra 10 xalla L qrupunun lideridir. Bütün oyunlarda uduzan “Astana” isə son sıradadır.

 

Gununsesi.org