Marixuana ilə tutuldu, oğru olduğu üzə çıxdı

  • By admin
  • 18 Yanvar 2020 17:50

Narkotik vasitə ilə tutulmuş K.Əsgərovun 10 evdən oğurluq etməsi də müəyyən edilib.

Bu barədə Gununsesi.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, Əsgərovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 10 evdən təmir-tikinti alətləri, hamam aksessuarları, məişət əşyaları, generator, elektrik naqili və elektrik avadanlıqları oğurlaması da müəyyən edilib.

Gununsesi.org