Marseloya cinayət işi açılır

  • By admin
  • 17 Oktyabr 2017 21:48

mam-640
“Real Madrid”in braziliyalı ulduzu Marselo haqqında vergidən yayınma maddəsi ilə cinayət işi açılması tələb edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu tələblə Madridin Alkobendas qəsəbəsindəki məhkəməyə müraciət edilib.

29 yaşlı futbolçunun 2011-2013-cü illərdə ödənməmiş 490 min 217 avro vergi borcunun olduğu bildirilir.

Qeyd edək ki, Marselo İspaniya La Liqasında vergi borcuna görə məhkməyə verilən ilk futbolçu deyil. Daha öncə Kriştianu Ronaldo, Lionel Messi, Neymar, Radamel Falkao, Xabi Alonso, Anxel Di Mariya, Rikardo Karvalyo, Daniel Alves və Samuel Eto’o da eyni maddədən məhkəməlik olub.

Gununsesi.info