Martda böyük əfv olacaq - SİYASİ MƏHBUSLARIN DA AZADLIĞI GÖZLƏNİLİR

  • By admin
  • 19 Yanvar 2019 08:50

Mart ayında Novruz bayramı münasibəti ilə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq.

Bu barədə Gununsesi.org-a Əfv Məsələləri Komissiyasından bildirilib.

Məlumata görə, komissiyaya mindən yuxarı müraciət daxil olub. Fevralın sonu martın əvvəllərindən bu müraciətlərə baxılma prosesi olacaq.

İmzalanacaq əfv sərəncamı özünün genişliyi ilə də seçiləcək.

Azərbaycanla Avropa İttifaqı arasında saziş ərəfəsinə təsadüf edəcək əfv sərəncamında ölkədəki siyasi məhbusların da adlarının daxil olacağı gözlənilir.

Gununsesi.org