“Maşın Şou”da bu dəfə onlar olacaq

  • By admin
  • 06 Dekabr 2018 22:49

Xəbər veridiyimiz kimi, teleməkanın ən reytinqli layihəsi “Maşın” şou dekabrın 13-də başlayacaq. Hazırlıq prosesi gedən layihənin məşhur 18 iştirakçısının adı açıqlanmasa da, adlar yavaş-yavaş bəlli olur.

Gununsesi.org xəbər verir ki, bu dəfə son aylar ulduzu parlayan reper Ramil Nabran, müğənni Səmra Rəhimli, aparıcılar Kamilə Babayeva və Ranar Musayev də iştirakçılar arasında yarışacaq. Bu dəfəki layihənin konsepsiyası “Hind” adlanır. İştirakçılar ilk gün səhnəyə Hindistanın milli geyimlərində çıxacaq.

Layihədən imtina edənlər də var. Pərviz Bülbülə ilə oxuduğu duetlərlə məşhurlaşan Türkan Vəlizadə oyunda olmaqdan imtina edib. O, buna səbəb kimi keçirdiyi qəzanı göstərib. İfaçı sağlamlığının ayaq üstə çox dayanmağa ona imkan vermədiyini bildirib.

Müğənni Günay İbrahimli, Zenfira İbrahimova, aktrisa Sevinc Əliyeva, aparıcı Zümrüd Bədəlova da layihədən imtina edib. Günay İbrahimli, Zenfira İbrahimova, Zümrüd Bədəlova qrafiklərinin sıx olduğu üçün “Maşın”da iştirak etmək istəməyib. Aktrisa Sevinc Əliyeva isə azyaşlı övladları olduğunu səbəb göstərib.