Maştağada KÜTLƏVİ DAVA:  Bıçaqlanan var

  • By admin
  • 13 İyul 2018 11:48

Kütləvi dava zamanı Maştağa sakinini bıçaqlayan şəxs tutulub.
DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb.
Faktla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.