Maykl Ceksonun gizli vəsiyyətnaməsi

  • By admin
  • 23 Avqust 2019 11:16

Müğənni Maykl Cekson ölümündən bir neçə il əvvəl gizli vəsiyyətnamə yazıb.

Independent” xəbər verir ki, bu barədə artistin keçmiş agenti Reymon Beyn danışıb.

Onun sözlərinə görə, sənəd 2006-cı ildə tərtib olunub

Müğənninin vəfatından sonra məhz bu vəsiyyətnamə üzə çıxarılmalı olduğu halda, 2002-ci ilin vəsiyyətnaməsi açıqlanıb.

R.Beyn bildirir ki, gizli vəsiyyətində müğənni varidatının, o cümlədən yazdığı şeyrlərin necə qorunması haqqında yazıb. Bu sənədin harada olduğu haqda heç kimin məlumatı yoxdur.

Hazırkı vəsiyyətnaməyə görə, Mayklın 500 milyon dollarlıq varidatının 40 faizi anasına çatıb, həmçinin bir hissəsi onun üç uşağı arasında bölunub, yerdə qalan vəsait isə xeyriyyə işlərinə sərf olunub.

Gununsesi.org