Mehdiabadda vurulan piyada öldü

  • By admin
  • 14 Yanvar 2020 13:49

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org  xəbər verir ki, qəza yanvarın 13-də saat 7 radələrində qeydə alınıb.

Qəsəbə sakini Namiq Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.org