Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb

  • By admin
  • 07 Noyabr 2019 19:27

Jurnalist Mehman Hüseynov 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Mehman Hüseynov özü Abzas-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, jurnalist Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb.

M.Hüseynov bildirib ki, bu gün, noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb və sabahdan imzatoplama kampaniyasına başlayacaq.

Gununsesi.org