Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürdü – FOTO

  • By admin
  • 08 Noyabr 2019 10:53

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Gununsesi.org  xəbər verir ki,  bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.