Mehriban Əliyeva Ayaz Mütəllibovun xanımı ilə bağlı tapşırıq verdi

Mehriban Əliyeva Ayaz Mütəllibovun xanımı ilə bağlı tapşırıq verdi

Heydər Əliyev Fondu eks-prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini öz üzərinə götürüb.

Gununsesi.org-un məlumatına görə, bu barədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tapşırıq verib.
Xatırladaq ki, Ədilə Mütəllibova bu gün vəfat edib.
Mərhum Ədilə Mütəllibova 1938-ci ildə Bakıda anadan olub. O, ixtisasca həkim idi.
1992-ci ildə prezident postundan istefa verən Ayaz Mütəllibov həmin ilin may ayından həyat yoldaşı Ədilə Mütəllibova ilə birgə Bakını tərk edərək, Rusiyanın paytaxtı Moskvada yaşayıb.
2012-ci ilin iyul ayında Ayaz Mütəllibov həyat yoldaşı ilə birgə həmişəlik vətənə dönərək Bakıda yaşamağa başlayıb.

COMMENTS