Mehriban Əliyeva Dmitri Medvedev ilə görüşəcək

  • By admin
  • 20 Noyabr 2019 17:16

Rusiyanın Baş naziri Dmitri Medvedev noyabrın 21-də Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyava ilə görüşəcək.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə ticarət, iqtisadiyyat, elmi-texniki və mədəni-humanitar sferalarda əməkdaşlıqlar müzakirə ediləcək.

Qeyd edək ki, noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

Noyabrın 23-də VDNX-nin Kosmonavtika və Aviasiya Mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko forumun plenar iclasını keçirəcəklər.

Gununsesi.org