Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edildi

  • By admin
  • 13 Avqust 2019 13:35

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi internet saytında məlumat yerləşdirilib.

Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Gununsesi.org