Mehriban Əliyeva İmamzadədə - FOTOLAR

  • By admin
  • 14 Fevral 2019 22:44

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

Gununsesi.org  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksinin yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçiləri qəbul etdiyini bildirib.

İmamzadənin axundu Hacı Tahir Mehriban Əliyevaya və Leyla Əliyevaya “Qurani Kərim” hədiyyə edib.

 Birinci vitse-prezident Mehriban Əliyeva burada ziyarətə gələnlərlə görüşüb.

Qeyd edək ki, fevralın 14-də “İmamzadə” kompleksində Azərbaycanın Birinci vitse-prezidentinin adından ehsan süfrəsi verilib.