Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib

  • By admin
  • 12 Noyabr 2019 20:13

Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib.

Gununsesi.org-un məlumatına görə, 7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb.

Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.

İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücuma məruz qalan gəmidə 35 nəfər olub.

 

Gununsesi.org