Meksika prezidenti ölkədə çevrilişin qeyri-mümkün olduğunu bildirib

  • By admin
  • 03 Noyabr 2019 09:50

Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib ki, ölkədə dövlət çevrilişi etmək qeyri-mümkündür.

Gununsesi.org-un məlumatına görə, bu barədə o, özünün “Twitter”dəki səhifəsində yazıb.

“Dəyişikliklər prosesi, hansına ki, mən başçılıq edirəm, əksəriyyətin azad və şüurlu dəstəyini istifadə edir”, – deyə Obrador “Twitter”də yazıb.

Onun sözlərinə görə, bu dəstək ölkədə dövlət çevrilişini həyata keçirməyə imkan verməyəcək.

Dövlət başçısı həmçinin 1913-cü ildə prezident Fransisko Maderonun devrilməsini xatırladıb. Obrador qeyd edib ki, indi vəziyyət başqadır.

 

Gununsesi.org