Meksikada avtobus və avtomobillərdə ABŞ ərazisinə keçməyə cəhd edən 150-dən çox qeyri-qanuni miqrant saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin milli miqrasiya institutu məlumat yayıb.
Onların Qvatemala və Honduras vətəndaşları olduğu bildirilir.
Saxlanılanlar arasında 53 uşaq olub.
Miqrantların dəhşətli şəraitdə: havalanma sistemi, su və qida olmadan daşındığı qeyd olunur.
Saxlanılan şəxslər miqrasiya xidmətinə təhvil verilib.
Gununsesi.info