Meksikanın Zukerberqin köməyinə ehtiyacı var…

  • By admin
  • 19 İyun 2019 09:48

Meksika prezidenti Adres Manuel Lopes Obrador “Facebook”un təsisçisi Mark Zukerberqə ölkə əhalisinin aztəminatlı təbəqəsini internetlə təmin olunması proqramında iştirak etməyi təklif edib.

Gununsesi.org “Regnum” informasiya agentliyinə istinadən xəbər verir ki, Obrador sözügedən təklifi Zukerberqlə videokonferensiya zamanı irəli sürüb.

 Meksika prezidenti qeyd edib ki, əhalinin 20 %-nin internetə çıxışı yoxdur. Onun sözlərinə görə, bu 20 %-ə əhalinin aztəminatlı təbəqələri daxildir.
Gununsesi.org