Melania Trump-ın ilk Afrika turu- FOTOLARDA

Melania Trump-ın ilk Afrika turu

ABŞ-ın Birinci xanımı Melania Trump uşaqların rifahını təmin etmək təşəbbüsü ilə təkbaşına ilk dəfə çıxdığı xarici səyahətində Qana, Malavi, Keniya və Misirə səfər edir.

Prezident Donald Trump prezident vəzifəsini 2017-ci ilin yanvarından tutandan bəri Afrikaya baş çəkməyib.

Fevral ayında onun bəzi Afrika dövlətlərinin ünvanına təhqirli söz işlətməsi gərginliyə səbəb olmuşdu.

Xanım Trump-ın bir həftəyədək çəkən səfəri yaranmış gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirilir.

U.S. first lady Melania Trump takes a safari in Nairobi, Kenya, October 5, 2018
ABŞ Birinci Xanımının Keniyada safari turuna çıxarkən müstəmləkəçilik dövrünə aid dəbilqələrə bənzəyən papaq taxması tənqidlərə səbəb olub.
US First Lady Melania Trump receives flowers during an arrival ceremony after landing at Kotoka International Airport in Accra October 2, 2018 as she begins her week long trip to Africa to promote her 'Be Best' campaign.
Onun səfəri Akkrada çərşənbə axşamı başlayıb, Orada o, Qananın Birinci xanımı görüşüb və onun tibbi klinikasına baş çəkib.
Women carrying drinks on their heads watch as the motorcade that carries the media covering U.S. first lady Melania Trump passes in Accra, Ghana, October 2, 2018 
Qana paytaxtı Akkrada bu qadınlar Melania Trump-ın avtomobil kortejindən, deyəsən elə də razı qalmayıblar.
US First Lady Melania Trump walk through the Door of No Return (where slaves were loaded onto ships and sold in the Americas) as she tours the Cape Coast Castle, a former slave trading fort, in Cape Coast, Ghana, on October 3, 2018.
Növbəti gün Melania Trump tarixi “Qul düşərgəsinə” baş çəkib. Keçmişdə Afrikadan olan qullar Amerikaya məhz bu düşərgədən göndəriliblər.
US First Lady Melania Trump with Kwesi Essel-Blankson, Museum Educator, at the Cape Coast Castle, a former slave trading fort, in Cape Coast, on October 3, 2018, during the second day of her week-long trip to Africa to promote her 'Be Best' campaign. 
Cape Coast Qalası Atlantika qul ticarəti marşrutunun tarixən əsas məntəqəsi olub. “Keçmişdə baş verənlər əsl faciədir”, – Melania Trump deyib.
Children wave the American and Ghana flags for US First Lady Melania Trump during an arrival ceremony after landing at Kotoka International Airport in Accra October 2, 2018 as she begins her week long trip to Africa to promote her 'Be Best' campaign. 
Melania Trump səfəri çərçivəsində uşaqlara aid məsələləri müzakirə edib.
Melania Trump waves as she lands in Malawi 
Melania Trump-ın Afrikanın dörd ölkəsinə səfəri bir həftədən çox çəkməyəcək.
US First Lady Melania Trump and the First Lady of Malawi Gertrude Maseko pose for a photograph at the State House in Lilongwe, on October 4, 2018, as she pays a one day visit to the country as part of her solo tour of Africa promoting her children's welfare programme. 
Malavinin Birinci xanımı Gertrude Maseko cümə axşamı ABŞ-lı həmkarını qarşılayıb.
Fotonun müəllifiAFPUS First Lady Melania Trump (2nd L) visits Chipala Primary School alongside head teacher Maureen Masi (L) on October 4, 2018 during a 1-day visit in Malawi, part of her week long trip to Africa to promote her 'Be Best' campaign.
Xanım Trump Malavi paytaxtı Lilongwe şəhərində məktəblilərlə görüşüb.
US First Lady Melania Trump visits Chipala Primary School in Lilongwe on October 4, 2018 during a 1-day visit in Malawi, part of her week long trip to Africa to promote her 'Be Best' campaign.
ABŞ Birinci xanımı Malavidəki məktəblərdən birində keçirilən dərsi qonaq kimi izləyib.
US First Lady Melania Trump visits the Giza Pyramids on October 6, 2018
Misirdə Melania Trump Qahirə yaxınlığında yerləşən Cizə ehramına baş çəkib.
Melania Trump in Egypt. 6 Oct 2018

BBC

COMMENTS