Meral Akşener Elçibəyin xanımının ölümündən yazdı - FOTO

  • By admin
  • 15 İyun 2019 00:02

Türkiyənin İyi Partiyasınln lideri, millət vəkili Meral Akşənər Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatından yazıb.

Gununsesi.org xəbər verir ki, özünün sosial şəbəkədəki hesabında Meral Akşener Həlimə xanımın fotosunu paylaşaraq, bunları yazıb:

Türk dünyasının birləşməsi və qardaşlığı üçün böyük mücadilə verən, özümün böyüyüm saydığım rəhmətlik Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatından .üzüntümü bildirirəm.

Rəbbim məkanını cənnət eləsin!

Gununsesi.org