“Mercedes”lə “Hyundai” toqquşdu - Sürücü öldü

  • By admin
  • 03 Sentyabr 2016 14:54

avtoqeza1

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.

Hadisə sentyabrın 3-də gecə saat 03:00 radələrində rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakinləri – Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədzadə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Gununsesi.info