Meriya qarşısında müxalifətə piket keçirməyə icazə verildi

Meriya qarşısında müxalifətə piket keçirməyə icazə verildi

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi aksiya ilə bağlı müraciətini cavablandırıb.

Gununsesi.org xəbər verir ki, BŞİH Milli Şuranın piketinə icazə verib.

Piket oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Meriyanın inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçiriləcək.

Bakı meriyasının bu aksiyaya icazə verməsi müxalif düşərgədə rezonansa səbəb olub. Sosial şəbəkələrdə siyasi fəallar bu qərarı gözlənilməz cavab kimi qiymətləndirib.

 

 

Gununsesi.org

COMMENTS