Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı

  • By admin
  • 10 Noyabr 2019 19:35

Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır.

Gununsesi.org-un məlumatına görə, kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: “Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir” deyə o bildirib.

Kansler əlavə edib ki, Almaniyanın təhlükəsizliyi Bundesverin(Almaniyanın silahlı qüvvələri) iştirakı ilə təmin olunur, buna görə silahlı qüvvələr inkişaf üçün lazımı maliyyə mənbələrini almalıdırlar.

 

Gununsesi.org