Merkeldən Türkiyə açıqlaması

  • By admin
  • 02 İyun 2016 17:56

merk1

Almaniya kansleri Angela Merkel Bundestaqın “erməni soyqırımı”nı tanımasından sonra Türkiyə ilə əlaqələr xüsusnda ilk açıqlamasını verib. O, NATO baş katibi Stoltenberqlə birgə keçridiyi mətbuat konfransında deyib ki, 1915-ci il hadisələrinə Almaniya və Türkiyənin fərqli baxışları olsa da, iki ölkə arasında əlaqələr güclü və əhatəlidir.

“Almaniyanı Türkiyəyə bağlayan çox nəsnə var. Bir mövzuda baxışlarımız fərqli olsa da, əlaqələrimizin, dostluğumuzun və strateji bağlarımızın miqyası böyükdür”, – deyə Merkel qeyd edob.

Kansler əlavə edib ki, Almaniya Türkiyə ilə Ermənistan arasında dialoqun tərəfdarıdır və Ankara ilə yaxşı münasibətlərdə olmaq istəyir.

azadliq.info