Merkelin xələfi bəlli oldu - ONA "MİNİ MERKEL"DƏ DEYİRLƏR

  • By admin
  • 08 Dekabr 2018 16:09

Almaniya Xristian Demokrat Birlik Partiyasının (CDU) yeni sədri Annegret Kramp-Karrenbauer  olub.

Gununsesi.org  xəbər verir ki, adının baş hərflərinə görə ictimaiyyətdə “AKK” kimi tanınan 56 yaşlı Annegret Kramp-Karrenbauerin Baş nazir Merkelin siyasətini davam etdirməsi gözlənilir.
Merkelin istəməsi ilə Saarland əyalətində başçı vəzifəsindən imtina edərək fevral ayında CDU-nun baş katibi seçilən “AKK”nin partiya daxilində ciddi dəstəyi var. “Mini Merkel” olaraq da adlandırılan Kramp-Karrenbauer, Baş nazir Merkelin qaçqın siyasətini müdafiə edir.
Kramp-Karrenbauerin Saarland əyalətində 7 il başçı və CDU Əyalət Təşkilatına sədrlik etməsi, digər namizədlər ilə müqayisədə önu rəhbərlik üçün daha əlverişli vəziyyətə gətirir.