Messi həbs oluna bilər

Messi həbs oluna bilər

Argentinalı prokuror Pablo Turano “Barselona”nin ulduzu Lionel Messini çirkli pul yumaqda ittiham edib.

Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, istintaq qrupu “Leo Messi” xeyriyyə fondunun fəaliyyətini yoxlamaq istəyir. Müfəttişlər fondun çirkli pul yumaqla məşğul ola biləcəyini istisna etmirlər. Fonddan offşor zonalarına pul köçürmələri da şübhələri artırır.

Prokuror xeyriyyə fondunun keçmiş işçilərindən biri ilə söhbət etdikdən sonra Messini ittiham edib. O, layihələr üçün ayrılan pulların təyinatı üzrə xərclənmədiyini iddia edib.

Qeyd edək ki, 2017-ci ildə İspaniyada Messiyə qarşı ittiham irəli sürülmüş və 4,1 milyon avro dəyərində vergidən yayınmaqda günahlandırılmışdı. Həmin vaxt Messi 21 ay müddətinə həbs oluna bilərdi, lakin hakim həbs cəzasını 250 min avro pul cəzası ilə dəyişdirməyi qəbul etmişdi.

COMMENTS