Messi Ronaldonu ən yaxşı hücumçu adlandırıb

  • By admin
  • 27 Oktyabr 2019 17:29

İspaniya “Barselona”sının və Argentina millisinin futbolçusu Lionel Messi onun üçün hansı futbolçunun dünyanın ən yaxşı hücumçusu olduğunu açıqlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.

Messinin fikrincə, bütün dünyada ən yaxşı hücumçu məşhur braziliyalı futbolçu Ronaldodur.

“Ronaldo əsl fenomen idi. O, indiyə qədər gördüyüm ən yaxşı hücumçudur. O, sadəcə inanılmazdır”.

Braziliyalı futbolçu”Kruzeyro”, “PSV Eindhoven”, “Barselona”, “Milan”, “Real Madrid” və “Korintians” kimi klubların heyətində olub. Ronaldo futbolçu karyerasına 2011-ci ildə başa vurub.

 

Gununsesi.org