Metro sərnişinlərinə qeyri-mədəni davranış qadağası

  • By admin
  • 31 Oktyabr 2019 22:39
Çin hökuməti ölkədə fəaliyyət göstərən metro stansiyalarında qeyri-mədəni davranış olaraq təyin olunan qida və içki qəbulunu, həmçinin qulaqcıqsız musiqi dinləməyi qadağan edəcək.
Gununsesi.org xəbər verir ki, aprel ayının 1-dən etibarən qüvvəyə minəcək qadağadan körpələr və xəstələr azad ediləcək.
Qeyd edək ki, Çinin 35 şəhərində uzunluğu 5 min 295 kilometr olan cəmi 171 metro xətti var.
Gununsesi.org