Metroda dava - OĞLAN QIZI PLATFORMAYA İTƏLƏDİ

  • By admin
  • 07 Dekabr 2018 20:56

Dünən metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava olub. 

Gununsesi.org  xəbər verir ki, bu barədə Oxu.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, hadisə dünən axşam saatlarında qeydə alınıb:

“Metronun Nizami stansiyasında bir oğlan qızı vuraraq qatardan platformaya itələyib. Hadisənin təfərrüatı barədə məlumatımız yoxdur. Hadisə zamanı polis əməkdaşları vəziyyətə müdaxilə edib. Şikayət səbəbindən hadisənin görüntüləri əsasında polis bu məsələni araşdırır. Araşdırma bitdikdən sonra yekun açıqlama veriləcək”.