Metronun bu stansiyaları bağlandı

  • By admin
  • 24 Noyabr 2019 09:08

Bakı Metropoliteninin təmas relsində nasazlıq yaranıb.

Gununsesi.org Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, “Neftçilər-Qara Qarayev” mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti “Nəriman Nərimanov-İçərişəhər”, “Nəriman Nərimanov-Dərnəgül” və əks istiqamətdə aparılır.

QSC-dən bildirilib ki, hazırda “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək.

 

Gununsesi.org