Mikayıl Cabbarov göstəriş verdi  – FAZİL MƏMMƏDOVUN VERGİDƏ ÇALIŞAN QOHUMLARININ SİYAHISI HAZIRLANIR

  • By admin
  • 11 Dekabr 2017 13:36

Bir neçə gün öncə vergilər naziri təyin olunan Mikayıl Cabbarov sabiq nazir Fazil Məmmədovun vergi orqanlarında çalışan qohumlarını işdən azad edəcək.

Bu barədə Gununsesi.info-ya yeni nazirə yaxın mənbələr məlumat verib.

Məlumatda qeyd olunur ki, Fazil Məmmədovun vergi qurumlarında 100-ə yaxın qohumu çalışır.

Artıq yeni nazir həmin şəxslərin siyahısının tutulması barədə göstəriş verib və yaxın günlərdə onlarla vidalaşılacaq.

Gununsesi.info