Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olundu

  • By admin
  • 23 Oktyabr 2019 14:59

Prezident İlham Əliyev Mikayıl Cabbarovla bağlı sərəncam imzalayıb.

Gununsesi.org xəbər verir ki, sərəncama görə, Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.