Mikayıl Cabbarov konfransda jurnalistlərə hesabat verir: “Qeyri-neft ixracının həcmi 1,9 milyard dolları ötüb”

  • By admin
  • 16 Yanvar 2020 11:50

Bu gün İqtisadiyyat Nazirliyi 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Gununsesi.org-un verdiyi xəbərə görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, 2019-cu ildə Ümumi Daxili Məhsulun real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib:

“Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1,9 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib”.

 

Gununsesi.org