Azərbaycanda yeni birlik yaradılır: “Azərbaycan Zərgərlər Assosiyasiyası”

  • By admin
  • 18 Fevral 2020 11:25

Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması gündəmdədir.

Gununsesi.org-un məlumatına görə, bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov qeyd edib ki, bu sahədə sahibkarların işinin asanlaşdırılması istiqamətində Assosiasiyanın yaradılması da xüsusi əhəmiyyət kəsb edə bilər.

Gununsesi.org