Mikroavtobusun vurduğu qadın xəstəxanada vəfat etdi

  • By admin
  • 12 Sentyabr 2019 10:55

Sumqayıtda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org Oxu.Az-a istinad edərək bildirir ki , hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıt sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Arzu Əfsər oğlu idarə etdiyi “FORD TRANZİT” markalı, 99 GR 708 dövlət qeydiyyat nişanlı mikroavtobusla axşam radələrində Bədəlbəyli küçəsində hərkətdə olarkən həmşəhərlisi, 1945-ci il təvəllüdlü Quliyeva Ədilə Beydulla qızını vurub.

Qadın təcili olaraq Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılsa da, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Gununsesi.org