Ramin Musayevdən sensasion açıqlama: “Milinin bəzi futbolçularının bukmeker kontorları ilə əlaqəsi var, oyunlarına pul qoyuluşu edirlər”

  • By admin
  • 06 Yanvar 2020 15:00

“Milinin formasını geyinən bəzi futbolçuların bukmeker kontorları ilə əlaqəsi var”.

Gununsesi.orgun Sportinfo.az-a istinadən məlumatına görə, belə bir iddia ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxış edib. O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib.

PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret fakilar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.

AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının “qara siyahı”ya salınmadığını açıqlamayıb.

Gununsesi.org