Milli Məclisdə anti-Rusiya çıxışları - VİDEO

  • By admin
  • 07 Dekabr 2018 18:09

Millət vəkilləri klubun İrəvan toplantısını pislədilər

Milli Məclisin iclası millət vəkillərinin Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin təşkilatçılığı ilə İrəvanda Rusiya-Ermənistan Lazarev klubunun toplantısına münasibət bildirməsi ilə başladı.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bildirdi ki, bu, Konstantin Zatulinin təxribat cəhdidir.

Spiker Oqtay Əsədov isə dedi ki, Konstantin Zatulun həmişə erməni diasporunun dəstəyi ilə çalışıb.

Digər millət vəkilləri də Lazarev klubu adlanan qurumun siyasətini sərt tənqid etdilər.

Daha sonra Milli Məclis bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrini qəbul etdi.