Milli Məclisdə problemli kreditlərdən danışıldı -ÇİNGİZ QƏNİZDƏ KREDİTLƏRDƏ FAİZ DƏRƏCƏLƏRİNİN ENDİRİLMƏSİNİ TƏKLİF EDİR

  • By admin
  • 19 Fevral 2019 15:24

“İslahatların tərkib hissəsi olaraq banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə diqqət etmək lazımdır, faiz dərəcələri aşağı salınmalıdır. Bu faizlərlə kredit götürən şəxs sonra çətinliklərlə üzləşir, kreditlərin qaytarılmasında problemlər yaranır”.

Gununsesi.org  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Çingiz Qənizadə deyib.

O bildirib ki, bəzi müxalifyönlü qüvvələr ölkədə aparılan işlərə kölgə salmağa çalışır: “Müxalifyönlü insanların aktivləşməsi ilə bağlı fikirlərə mən də qoşuluram. Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır, bundan da ilhamlanan insanlar ölkədəki sabitliyi başqa cür yozmaq istəyirlər. Son dövrlər ölkə Prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin gördüyü işlər əhalini keyfiyyətsiz məhsullardan qoruyur. Bu islahatlar yalnız müxalif qüvvələri deyil, mafioz qüvvələri də narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı yazılan yazıları araşdırsaq, görərik ki, bunun arxasında “leş mafiyası” dayanır. Həmin mafiya uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olublar”.

Gununsesi.org