Milli Məclisdə yetərsay problemi - OQTAY ƏSƏDOV ÇIXIŞ YOLUNU ÇAYXANANI BAĞLAMAQDA GÖRÜR

  • By admin
  • 16 Oktyabr 2018 14:29

Milli Məclisin bu gün keçirilən iclasında deputatların parlament çayxanasına yığışması səsvermə prosesində problemə səbəb olub.

Gununsesi.org-un xəbərinə görə, spiker Oqtay Əsədov millət vəkillərinin iclas zamanı zaldan çıxmasına etiraz edib. O, bildirib ki, problemdən çıxış yolu kimi parlamentdəki kafeni bağlamaqda görür.