Milli Məclisin xərcləri 1,9 milyon artırıla bilər

  • By admin
  • 25 Noyabr 2019 17:28

“Gələn il üçün Milli Məclisin xərclərinin 1,9 milyon manat artırılması təklif edilir”.

Gununsesi.org xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında, “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

Parlamentin işlər müdiri Firidun Hacıyev deyib ki, xərclər smetasının ümumi dəyərinin 79,7 faizi əməyin ödənişi fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

O, Maliyyə naziri Samir Şərifovdan göstərilənləri nəzərə alaraq, Milli Məclisin 2020-ci il xərclər smetasında bəzi maddələr üzrə vəsaitin artırılmasını xahiş etmişdi:

“Tikili, avadanlıq və cari təmir xərcləri” maddəsinə 50 min, “icarə və muzdlu xidmətlər” maddəsinə 1 milyon manat, “xarici ezamiyyətlər” maddəsinə 200 min manat, “xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min manat, “maşın və avadanlıqlar” maddəsinə 100 min manat, nəqliyyat vasitələrinin alınmasına 300 min manat və “torpaq, tikili və avadanlıqları” paraqrafına 50 min manat (ümumilikdə 1,9 milyon manat – red) vəsaitin ayrılmasını xahiş edirik”.

Gununsesi.org