Millimiz Uelsə qarşı

  • By admin
  • 16 Noyabr 2019 12:26

AVRO-2020Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Gununsesi.org matc.az-a istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız bu dəfə “Bakcell Arena”da Uels yığmasını qəbul edəcək.

E qrupunda yer alan hər iki kollektiv indiyədək 6 oyun keçirib. Hazırda Uels 8 xalla 4-cü pillədə yer alıb. Millimiz isə 1 xalla sonuncudur.

Bu, iki komanda arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərin yalnız 1-də heç-heçə etməyi bacaran millimiz qalan bütün görüşlərdə rəqibə yenlib.

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu
16 noyabr

21:00. Azərbaycan – Uels
Baş hakim: Deniz Aytekin (Almaniya)
Bakı, “Bakcell Arena”.