Milyarder qadın rəfiqələri ilə 1 günlük istirahətə 500 min pul xərclədi

Milyarder qadın rəfiqələri ilə 1 günlük istirahətə 500 min pul xərclədi

Dünyanın ən gənc milyarder qadını, 21 yaşlı model Kayli Cenner son günlər rəfiqələri ilə birlikdə keçirdiyi lüks istirahətə görə dünya gündəmindən düşmür.

Gununsesi.org-un verdiyi xəbərə görə, o, “Kylie Skin” kosmetik brendinin yeni kolleksiyasının tanıtımı üçün Terks və Kayqos adalarında tətil təşkil edib.

Üzərində öz şirkətinin adının yazıldığı ağ-çəhrayı rəngli özəl təyyarə ilə yola çıxan Cennerin yanında ən yaxın rəfiqələri Anastasiya Karanikolaou, Sofiya Riçi, Viktoriya Villarroel, Yris Palmer, Tiffani Sorya, Ariel Tejada və Amber Asali olub.

O, musiqiçi Travis Skottla əlaqəsindən dünyaya gələn 1 yaşlı qızı Stormini də özü ilə aparıb.

Məlumata görə, Cenner 1 günlük lüks tətil üçün 500 min dollar pul xərcləyib.















Gununsesi.org

COMMENTS