“Milyonçu”nun aparıcısının həyətində MEYİT TAPILDI — FOTOLAR

  • By admin
  • 05 Dekabr 2019 17:44
Dünyaca tanınmış layihə sayılan “Milyonçu”nun alman aparıcısı Gunter Jauchın villasının bağçasında meyit tapılıb.

Gununsesi.org  xəbər verir ki, təmir zamanı bağçada qazıntı işləri aparan ustalar insan qalıqlarına rast gəliblər. Tez bir zamanda polis orqanları hadisə yerinə gəlib. Ölənin şəxsiyyətini müəyyənləşdirmək üçün meyit ekspertizaya göndərilib.

Güman edilir ki, insan qalıqlar 2-ci dünya müharibəsindən qalmış sovet əsgərinə məxsusdur.

Hüquq mühafizə orqanları araşdırmaya başlayıb.

 

Xəbər “Ölkə.Az” saytında dərc edilib.

 

 

 

 

Gununsesi.org