Milyonlarla insan WhatsApp-dan istifadə edə bilməyəcək – İndidən telefonunuzda buna diqqət yetirin

  • By admin
  • 10 Dekabr 2019 13:30
“Windows Phone” istifadəçiləri və Android və iOS-un köhnə versiyaları artıq WhatsApp-dan istifadə edə bilməyəcəklər.

Gununsesi.org xəbər verir ki, bu haqda Daily Mail qəzeti yazıb. Məlumata görə, WhatsApp-ın mesajlaşma xidməti “Windows Phone”larda bu ilin 31 dekabrından, Android 2.3.7 və iOS 8-dən daha köhnə versiyalarda isə gələn ilin fevralın 1-dən dayandırılacaq. Nəticədə milyonlarla istifadəçi mesajlaşma imkanını itirəcək. Şirkətdən qeyd edilib ki, bu məhdudiyyətlər tətbiqin gələcəkdə genişləndirilməsinin mümkünsüzlüyü ilə əlaqədardır.

Gununsesi.org