Minimum əmək haqqı 180 manat oldu

Minimum əmək haqqı 180 manat oldu

Prezident İlham Əliyev fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqının məbləğini 180 manat müəyyən edib.

Gununsesi.org xəbər verir ki, sərəncam 2019-cu ilin martın 1-dən qüvvəyə minəcək.

Sənəddə həmçinin Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq tapşırılır.

Minimum əmək haqqının məbləği 50 manat, yəni 38,5 faiz artırılıb.

Hazırda minimum aylıq əməkhaqqının məbləği 130 manatdır.

Gununsesi.org

COMMENTS